Əmir Abdullahiyan Dohada HƏMAS-ın lideri ilə görüşüb

   Əmir Abdullahiyan Dohada HƏMAS-ın lideri ilə görüşüb
  16 Oktyabr 2023    Oxunub:1089
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərin paytaxtı Dohaya səfəri zamanı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşərək son hadisələr ətrafında onunla müzakirələr aparıb.
İRNA agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra HƏMAS-ın siyasi ofisinin üzvü Xəlil əl-Hiya İsrailin hücumlarını “dayandırmaq” üçün “İranla HƏMAS arasında daha böyük bir müqavimət oxu yaratmaq razılığı”nın əldə olunduğunu açıqlayıb.

“Bu üç saatlıq danışıqlarda biz İsrailə qarşı daha böyük bir ox yaratmaq və ya formalaşdırmaqdan danışdıq. İran və digər hökumətlərin İsrailin hücumlarını dayandırmaq üçün öz bacarıqları ilə necə kömək edə biləcəyi müzakirə olundu”, - əl-Hiya deyib.

Bu görüşdə HƏMAS-ın İsrailə hücumunu təbii və “Fələstin müqavimətinin qələbəsi” adlandıran İranın Xarici işlər naziri qrupun siyasi ofisinin rəhbərini təbrik edib.

“Bu hücum göstərdi ki, bəzilərinin yanlış təsəvvürünün əksinə olaraq, Fələstin yaşayır və bəzi ölkələrin normallaşma prosesi fələstinlilərin təbii, insani və qanuni hüquqlarına riayət etmək üçün qəti iradəsində narahatlıq yarada bilməz. İran Fələstini dəstəkləməkdə heç vaxt öz prinsip və dəyərlərindən geri qalmayacaq. İsrailin Qəzzaya hücumları davam edərsə, bölgədə hər cür ehtimal mümkündür və İran bu hücumları dayandırmaq üçün səylərini davam etdirəcək”, - Abdullahiyan deyib.

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə isə “Tehranın dəstəyinə görə təşəkkür edərək” İran hökumətinin hərəkətlərini alqışlayıb.
AzVision.az


Teqlər: İran   Həmas  





Xəbər lenti