İranda 500-dən çox insan qum və toz fırtınasından sora xəstəxanalara müraciət edib

Məmur 484 nəfərin müalicə aldıqdan sonra xəstəxanalardan buraxıldığını, lakin ən azı 27 nəfərin bu hadisənin ağırlaşması səbəbindən hələ də xəstəxanada müalicə aldığını bildirib.
Bu il dövlət rəsmiləri və qurumları incə tozun yaratdığı fəsadlar səbəbindən Sistan və Bəlucistan vilayətinin şəhərlərində xəstəxana və tibb mərkəzlərinə müraciətlərin sayı ilə bağlı tam statistika təqdim etməyiblər. Lakin əyalətin böhran idarəçiliyi qurumunun açıqladığı səpələnmiş statistikaya görə, təkcə avqustun 21-dən sentyabrın 25-dək, qum və toz fırtınası səbəbindən 3800-dən çox insan xəstəxanalara müraciət edib.
“İranın Əfqanıstandan Hirmənd sərhəd çayının hüquqlarını ala bilməməsi” və “qum və toz fırtınalarının güclənməsi” bu bölgədə su qıtlığı böhranını və tozun güclənməsini şərtləndirən əsas amillərdəndir.
AzVision.az