Bayden: "İranın HƏMAS-ın hücumunda əli olduğuna dair heç bir sübut yoxdur"

   Bayden:    "İranın HƏMAS-ın hücumunda əli olduğuna dair heç bir sübut yoxdur"
  16 Oktyabr 2023    Oxunub:793
ABŞ prezidenti Co Bayden bildirib ki, İsrailə qarşı son hücumların arxasında İranın dayandığına dair “konkret dəlil” yoxdur.
AzVision.az xəbər verir ki, Co Bayden “60 dəqiqə” verilişinə müsahibəsində belə fikir səsləndirib.

“Mənim məxfi məlumatları açıqlamaq niyyətim yoxdur. Amma mən sizə çox açıq və tam əminliklə deyim ki, bununla bağlı heç bir sübut yoxdur”, - ABŞ prezidenti deyib.

Müsahibi bir daha cənab Baydendən İranın bu hücuma töhfə verib-vermədiyini soruşduqda, Co Bayden, “bu ana qədər” İranın hücumu planlaşdırmağa kömək etdiyinə dair heç bir sübutun olmadığını bir daha təkrarlayıb.

Həmçinin, ABŞ prezidenti İran və Livan “Hizbullahı”na mesajı barədə suala cavab olaraq bildirib ki, onlar sərhədləri keçməməli və müharibəyə qızışdırmamalıdırlar.

ABŞ rəsmiləri daha əvvəl ölkənin kəşfiyyat qurumlarının indiyədək İranın ötən həftə İsrailə qarşı hücumu planlaşdırmaqda HƏMAS-la əməkdaşlıq etdiyinə dair heç bir əlamət tapmadığını, lakin onların məlumatlarını yenidən nəzərdən keçirməyə davam etdiriləcəyini vurğulayıblar.
AzVision.az



Teqlər: İran   Bayden  





Xəbər lenti