Tehran: "Fələstin mülki İsrail vətəndaşlarını azad etməyə hazırdır"

      Tehran:    "Fələstin mülki İsrail vətəndaşlarını azad etməyə hazırdır"
  16 Oktyabr 2023    Oxunub:998
İranın Xarici İşlər nazirliyi Fələstinin əsirlikdə saxlanılan dinc israilliləri azad etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında Fələstin müqavimət hərəkatı təmsilçilərinin İsrail vətəndaşı olan əsir və mülki məhbusların azad buraxılması üçün zəruri tədbirləri görməyə hazır olduğunu vurğulayıb.

“Fələstin müqavimət hərəkatı əllərində olan əsir və mülki məhbusların azad edilməsi üçün lazımi tədbirləri görməyə hazır olduqlarını bizə çatdırıb. Təbii ki, bu hazırlıq tələb edir. İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarının davam etməsi bu hazırlıqların həyata keçirilməsinə imkan vermir. Bu prosesin davam etdirilməsi vəziyyəti nəzarətdən çıxara, beynəlxalq sülh və təhlükəsizliyi təhlükə altına sala bilər. Bu baxımdan beynəlxalq təşkilatların, o cümlədən BMT və Təhlükəsizlik Şurasının hərəkətə keçməsi zəruridir”, - Kənani deyib.

Onun sözlərinə görə, oktyabrın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) icraiyyə komitəsinin Xarici İşlər nazirləri səviyyəsində keçirəcəyi iclasda Qəzza böhranı ilə bağlı “bəyanat və sənəd” də dərc olunacaq.
AzVision.az


Teqlər: Fələstin   İsrail  





Xəbər lenti