Piranşəhrdə gənc qadın “namus"a görə qətlə yetirilib

Piranşəhrdə gənc qadın “namus"a görə qətlə yetirilib
  16 Oktyabr 2023    Oxunub:914
İRNA xəbər agentliyi İranın Piranşəhr şəhərində bir gənc qızın atası tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, insan haqlarının müdafiəsi ilə məşğul olan mənbələr onun öldürülməzdən əvvəl “uşaq evliliyi və məcburi evlilik” qurbanına çevrildiyini bildiriblər.

İRNA-nın Piranşəhr polis rəisinə istinadən verdiyi məlumata görə, qızın atası həbs olunduqdan sonra qətli etiraf edərək, bunun səbəbini “ailədaxili münaqişə” adlandırıb.

Digər tərəfdən, qətlə yetirilənin 21 yaşlı Təruske Abdullahzadə olduğunu açıqlayan Hengaw İnsan Haqları saytı, onun “eyni zamanda uşaq nikahının və məcburi evliliyin qurbanı” olduğunu bildirib.

Məlumata əsasən, əmisi oğlu ilə zorla evləndirilən və iki uşaq anası olan bu qadın oktyabr ayının 14-də axşam saatlarında əri, atası və qayınatası tərəfindən “namus" məsələsinə görə döyüldükdən sonra asılıb.

Qızının ölümündən sonra atası onu “qardaşı və qardaşı oğlunun iştirakı ilə” öldürdüyünü etiraf edib.
AzVision.az


Teqlər: İran   qətl  





Xəbər lenti