İranın Bocnurd şəhərinin əhalisi susuz qalıb

İranın Bocnurd şəhərinin əhalisi susuz qalıb
  16 Oktyabr 2023    Oxunub:852
İranın Şimali Xorasan vilayətinin Bocnurd şəhərində və vilayətin digər mərkəzi ərazilərində “Şirindərə” su anbarına palçıqlı sel sularının axması nəticədində son iki gündə içməli suyun təzyiqi aşağı düşüb.
AzVision.az Şimali Xorasan vilayətinin Su və Kanalizasiya şirkətinin baş direktoru Rza Nəiminin açıqladığı məlumata istinadən xəbər verir ki, Bocnurdun əsas içməli su mənbəyi olan bu bəndin suqəbuledici həcmi bu il 50% azalıb və selin yaratdığı palçıq axını bu bəndin su anbarının istismardan çıxmasına səbəb olub.

“Biz bəndin su anbarındakı palçıq səviyyəsinin enməsini gözləməliyik ki, bənd suyundan təmizləyici qurğuda və sonra Bocnurd şəhərində istifadə edə bilək”, - Şimali Xorasan Su işləri şirkətinin baş direktoru deyib.

Bir gün əvvəl İSNA agentliyi əyalət rəsmilərinə istinadən bu problemin “yaxın 24-48 saat ərzində həll ediləcəyini” bildirsə də, Şimali Xorasan Su və Kanalizasiya idarəsinin baş direktoru problemin “yaxın günlərdə” həll olunacağını deyir. Bu isə heç də eyni şey deyil.

Bocnurdun içməli su probleminin yaranması ilk dəfə deyil və son illərdə güclü yağışlarla bu problem dəfələrlə gündəmə gəlib.
AzVision.az


Teqlər:





Xəbər lenti