Gürcüstan prezidentinin impiçmenti təsdiqləndi

   Gürcüstan prezidentinin impiçmenti təsdiqləndi
  16 Oktyabr 2023    Oxunub:945
Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Salome Zurabişvilinin ölkənin əsas qanununu pozduğunu təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qərarda qeyd edilir ki, Gürcüstan prezidenti 2023-cü il avqustun 31-də, sentyabrın 1-də və 6-da xaricə işgüzar səfərləri zamanı Gürcüstan hökumətinin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını yerinə yetirib, bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozub. Qərarı 9 hakimdən 6-sı dəstəkləyib.

Qeyd edək ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti