Şahramanyan gileyləndi: "Hamımız çətin vəziyyətdəyik"

      Şahramanyan gileyləndi: "Hamımız çətin vəziyyətdəyik"
  20 Oktyabr 2023    Oxunub:1191
Xəbər verdiyimiz kimi Qarabağ erməniləri İrəvanda etiraz aksiyası keçirirlər. Onlar keçmiş qondarma rejimin nümayəndəliyi kimi fəaliyyət göstərmiş binaya soxularaq eks- xunta rəhbəri Samvel Şahramanyanla görüş tələb ediblər.
Çölə çıxan Şahramanyan isə narazı kütləyə üzünü tutaraq onları xaos yaratmamağa çağırıb: “Hamımız çətin vəziyyətdəyik və burada baş verənlər vəziyyətimizi daha da ağırlaşdırır. Mən qəbul edilmiş qərarlara görə cavabdehəm, sizinlə görüşməyə və müzakirələr aparmağa hazıram”.

Qarabağ erməniləri Şahramanyanın "ofisi"nə soxuldular - VİDEO
O həmçinin qeyd edib ki, “Gəlin, görüşlə bağlı tarix və məkanı qərarlaşdıraq. Təklif edirəm gələn həftə görüşək”.

Əraziyə toplaşan narazı ermənilər isə etirazlarını bildiriblər. Bundan sonra o, “20-30 nəfər seçin, zalda danışarıq” deyib.

Xatırladaq ki, separatçıların keçmiş nümayəndəliyinin qarşısına toplaşanlar Şahramanyanın oktyabrın 19-da imzaladığı "fərman"a etiraz ediblər. Bu sənədə əsasən, qondarma rejimin "prezident", "dövlət naziri", "nazirlər" və bir sıra yüksək rütbəli "məmurlar"ı istisna olmaqla, demək olar ki, bütün "dövlət qurumları"nın işçilərinə əməkhaqqı verilməsi dayandırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Aksiya  





Xəbər lenti