İsrail oktyabrın 7-dən bəri 600-ə yaxın şübhəlini saxlayıb

   İsrail oktyabrın 7-dən bəri 600-ə yaxın şübhəlini saxlayıb
  20 Oktyabr 2023    Oxunub:714
İsrail Müdafiə Qüvvələri oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 600-ə yaxın şübhəlini saxlayıb. Onlardan 375-i HƏMAS fəalıdır və 50-dən çox silah ələ keçirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsində keçirilən əməliyyat zamanı axtarışda olan 20-dən çox şəxs saxlanılıb, 12 silahlı öldürülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti