Fələstin-İsrail münaqişəsində 22 jurnalist ölüb

 Fələstin-İsrail münaqişəsində 22 jurnalist ölüb
  21 Oktyabr 2023    Oxunub:1782
Fələstin-İsrail münaqişəsi şiddətlənəndən bölgədə 20-dən çox jurnalist ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Oktyabrın 20-nə olan məlumata görə, hər iki tərəfdən 4 mindən çox ölənlərin siyahısında ən azı 22 jurnalist var”, - hesabatda deyilir.

Komitə öldürülən 22 jurnalistdən 18-nin fələstinli, 3-nün israilli və birinin livanlı olduğunu qeyd edir. Bundan əlavə, səkkiz media işçisi yaralanıb, daha üç nəfər itkin düşüb və ya həbsdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti