Fələstinə dəstək oldu, konsertləri ləğv edildi

Fələstinə dəstək oldu,    konsertləri ləğv edildi
  21 Oktyabr 2023    Oxunub:959
Dünya şöhrətli pianoçu Fazıl Sayın İsveçrədəki konsertləri Fələstinə dəstək olduğu üçün ləğv edilib.
AzVision.az Türkiyə KİV-ə istinadən istinadən xəbər verir ki, sənətçi oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə və İsveçrənin Luzern şəhərlərində konsert verəcəkdi.

Fazil Say sosial media hesabından açıqlama yayıb:

“Migros (İsveçrə) şirkətinin rəsmiləri İsrail-Fələstin gərginliyi ilə bağlı sosial mediada əks etdirdiyim fikirlərimi konsertlərin ləğvinə səbəb kimi göstərdilər. Bütün yazılarım heç bir dəyişiklik olmadan sosial mediamda qalır. Mən sülh tərəfdarıyam. Bütün bəyanatlarım sülh üçün idi.

24 ildir İsrailə gedən biriyəm. Terror hadisələri hamımız kimi məni də kədərləndirdi. Mən də yazmışdım ki, Netanyahunun gələcəyi olmayan müharibə siyasətini çox yanlış və cinayətkar hesab edirəm. Mən bilirdim ki, Avropada ifadə azadlığına etibar etmək olar və heç bir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisə mənim inamımı sarsıtdı”.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti