Fəriba Adilxah: İrandakı hərəkat həbsxanada böyük sevinc idi

   Fəriba Adilxah:    İrandakı hərəkat həbsxanada böyük sevinc idi
  21 Oktyabr 2023    Oxunub:1082
Əvvəllər İranda həbsdə olan və bu yaxınlarda İrandan Fransaya qayıdan fransız-iranlı tədqiqatçı Fəriba Adilxah “Qadın, Həyat, Azadlıq” hərəkatının həbsxananın qaranlıq divarları arasında onun üçün böyük sevinc olduğunu deyib.
AzVision.az xəbər verir ki, xanım Adilxah bunu çalışdığı Parisdəki Siyasi Araşdırmalar İnstitutunda çıxışı zamanı belə bəyanat səsləndirib.

Cümə günü Siyasi Araşdırmalar institutunda olan təqiqatçı professor və tələbələr tərəfindən alqışlarla qarşılanıb.

“Biz baş verənlərdən çox sevindik. İranın yeni nəslinin itirəcək heç nəyi yoxdur və əvvəlki nəsildən çox cəsarətlidir”, - xanım Adilxah Məhsa Əmininin ölümündən sonra İranın ümummilli etirazları barədə deyib.
AzVision.az



Teqlər: İran   Adilxah  





Xəbər lenti