Temperatur 10 dərəcə aşağı enəcək, güclü külək əsəcək
“Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin 10 dərəcə aşağı enəcək. 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”.
Xidmət rəisinin sözlərinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir:
“Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək”.
AzVision.az
Teqlər: