Poliklinikalarda peyvənd otaqları təkmilləşdirilib
Bakı üzrə uşaqlara tibbi xidmət göstərən bütün tibb müəssisələrində peyvəndlərin və digər peyvənd materiallarının tələblərə uyğun qorunub saxlanılması tam təmin olunub.
Peyvəndlərin saxlanıldığı yerlərdə havalandırma sistemi, temperatura nəzarət üçün termometr mövcuddur və peyvəndlərin vurulması xüsusi ixtisaslı tibb bacıları tərəfindən icra olunur.
Bundan əlavə yoluxucu xəstəliklərə qarşı tibbi xidmətin yaxşılaşdırılması məqsədilə sözügedən müəssisələrdə komissiyalar yaradılıb. Bu komissiyalar peyvəndə əks-göstəriş hallarının təhlilini aparır, peyvəndlərin aylıq planlanmasına və həyata keçirilməsinə nəzarət edir.
Qeyd edək ki, peyvəndlər uşaqları infeksion xəstəliklərdən qoruyan yeganə vasitədir. Onlar xüsusi texnologiya ilə hazırlanır və xəstəliklərə qarşı orqanizmdə immunitet yaradır.
Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab verir.
AzVision.az
Teqlər: