"Ağdərə bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi"
Deputat xatırladıb ki, o da həmin sesiyada iştirak edib: "Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə o dövrdəki Azərbaycan rəhbərliyi yatıb qalmışdı. Ermənilər ondan iki ay əvvəl, yəni, 2 sentyabr 1991-ci ildə toplantı keçirib Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmişdilər və "Artsax" dövləti yaratmışdılar. Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi".
AzVision.az
Teqlər: