"Instagram"da qadınları şantaj edən 19 yaşlı oğlan saxlanıldı - FOTO
Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Y.Məmmədovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də ərazi polis orqanına müraciət edə bilərlər.
Əməllərini əsasən bu hesab vasitəsilə həyata keçirib
AzVision.az
Teqlər: