Gürcüstanın xarici dövlət borcu 8,4 milyard ABŞ dollarını keçib

Gürcüstanın xarici dövlət borcu 8,4 milyard ABŞ dollarını keçib
  27 Noyabr 2023    Oxunub:1238
Cari ilin 10 ayında Gürcüstanın xarici dövlət borcu 758 milyon 842 milyon dollar artıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin oktyabrına olan məlumata görə, Gürcüstanın xarici dövlət borcu 8,440 milyard ABŞ dolları, bugünkü məzənnə ilə isə 22,830 milyard larini keçib.

2022-ci ilin oktyabrında isə ölkənin xarici borcunun məbləği 7,681 milyard dollar və ya ovaxtkı məzənnə ilə 21,323 milyard lari idi.

Gürcüstan dövlətinin ən böyük kreditorları Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq İnkişaf Bankıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti