Agentlik direktoru: "200-ə yaxın məktəbdə kameralar quraşdırılıb"

      Agentlik direktoru:    "200-ə yaxın məktəbdə kameralar quraşdırılıb"
  28 Noyabr 2023    Oxunub:1050
Tabeliyimizdə 6000-ə yaxın təhsil müəssisəsi var. Təəssüf ki, arzu və resurslar bəzən üst-üstə düşmür. Arzu edərdik ki, həmin müəssisələrinin hamısında təhlükəsizlik üçün müşahidə kamera olsun.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

Agentlik direktoru bildirib ki, bu gün "Məktəblinin dostu" layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə müşahidə kameraları quraşdırılıb.
"Növbəti ildən Gəncə və Lənkəran da bu layihəyə qoşulacaq. Bununla da kamera quraşdırılacaq məktəblərin sayı artırılacaq. Ümumilikdə sözügedən məsələ gündəliyimizdədir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti