Direktor: "Təhsil ekspertləri yuxuda gördüyü rəqəmlərlə çıxış edirlər"

  Direktor:  "Təhsil ekspertləri yuxuda gördüyü rəqəmlərlə çıxış edirlər"
  28 Noyabr 2023    Oxunub:845
"Bir çox hallarda təhsil ekspertləri yuxuda gördüyü, reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər. Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi və ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq".
AzVision.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. O qeyd edib ki, özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır.

"Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti