"Tələbələrin çoxu distant təhsildə kameranı söndürüb, öz işini görür"
"Bildiyim qədəri ilə pandemiya şəraitində icra olunan distant təhsilin analizi aparılıb. Amma nəticə canlı formada məktəbdəki tədrisin effekti qədər olmayıb. Bu da təbiidir və nəticə bütün dünyada belədir. Etiraf edək ki, tələbələrin bir çoxu distant növlü tədris prosesinə sadəcə formal olaraq qoşulur və kameranı söndürüb, öz işini görür.
Nəticədə formal təhsil olur. Belə olan halda həmin tələbənin bilik və bacarığa nə qədər sahiblənməsi sual altında qalır. Onu da bilməliyik ki, distant təhsil növünü heç də bütün sahələrə, ixtisasa tətbiq etmək mümkün deyil. Misal olaraq, tibb və mühəndis ixtisası üzrə təhsil alanlar praktikanı laborator şəraitdə aparıb, bacarıqlara yiyələnməlidir. Belə olan halda bunu necə distant etmək olar?!".
Aytən Zəhra
AzVision.az
Teqlər: