Pakistanlı analitik: Konqresin Azərbaycanla bağlı mövqeyi tarixi səhvdir

   Pakistanlı analitik:  Konqresin Azərbaycanla bağlı mövqeyi tarixi səhvdir
  28 Noyabr 2023    Oxunub:912
“Azərbaycanla ABŞ arasında əvvəlki münasibətlərə qayıtmaq, Ermənistanla sülh danışıqlarında ümumi dil tapmaq son dərəcə vacibdir”.
Bunu beynəlxalq əlaqələr üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin hazırkı mövqeyi açıq-aşkar tarixi səhvdir. Bu səhv addımlar erməni lobbi qrupları tərəfindən aldadılan ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bəzi üzvlərinə aid edilir: "ABŞ kəşfiyyat idarələri və Bayden administrasiyası bunu diqqətlə araşdırmalıdır. Anlamaq lazımdır ki, Vaşinqtondakı erməni lobbi təşkilatı dezinformasiya və aldadıcı taktikalardan istifadə edərək Azərbaycana qarşı fəal şəkildə təcavüzkar və zərərli kampaniya aparır. Erməni diasporu ayrı-ayrı şəxsləri və onların lobbi təşkilatlarını Azərbaycana qarşı saxta məlumatlar yaymaq üçün manipulyasiya edərək ABŞ Konqresinə təsir göstərir”.

Ekspert vurğulayıb ki, erməni lobbisi ABŞ siyasətinə potensial təhlükə yaradır, ictimai, siyasi xadimlərin şüurunu zəhərləyir: "Bu, öz növbəsində ABŞ və Azərbaycan arasındakı münasibətlərə xələl gətirir. Buna görə də hər iki ölkənin münasibətlərini yaxşılaşdırmaq, Ermənistanla sülh danışıqlarında ümumi dil tapmaq son dərəcə vacibdir”.(Report)

AzVision.az



Teqlər:





Xəbər lenti