Gürcüstanda azərbaycanlı ər öldürüldü, həyat yoldaşı yaralandı
Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.
Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb.
Qatilin hadisə yerindən qaçdığı bildirilir.
Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaq başlanılıb.(APA)
AzVision.az
Teqlər: