Mərkəzi Nəbatat bağının 70 min su borcu var

   Mərkəzi Nəbatat bağının 70 min su borcu var
  29 Noyabr 2023    Oxunub:841
"Azərsu-dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var".
Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib. Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.

Qeyd edək ki, Mərkəzi Nəbatət Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti