"Azərbaycanda 484 uşaq övladlığa verilib" - Rəsmi
Himayədar ailə modelindən danışan nazir müavini bildirib ki, məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb, tərbiyə almasının təmin edilməsidir:
"Bu günə qədər 326 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb, 423 uşaq isə müəssisələrdən ailələrinə inteqrasiya edilib. Nazirlik valideynlik vəzifələrini icra etməyən və ya valideynlik hüquqlarından sui-istifadə edən valideynləri çəkindirmək, uşaqların maraqlarını qorumaq məqsədilə məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddialar qaldırmaq səlahiyyətinə də malikdir. Hazırda nazirliyin iddiaçı olduğu 6 məhrumetmə və 1 məhdudlaşdırma olmaqla 7 belə iş üzrə məhkəmə icraatı aparılmaqdadır".
AzVision.az
Teqlər: