Saatlı sakini odlu silahı və 412 ədəd patronu polisə təhvil verib

Saatlı sakini odlu silahı və 412 ədəd patronu polisə təhvil verib
  29 Noyabr 2023    Oxunub:860
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı bir ədəd "Karabin" markalı odlu silahı və 412 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti