Naxçıvan polisi tərəfindən son 1 ayda 67 nəfər saxlanılıb
Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, 1 ədəd avtomat xəzinəsi və 2 ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz yollarla aksiz markası olmayan tütün məhsullarının, güclü təsirə malik dərman vasitələrinin və saxta dollarların satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqı davam etdirilir.
Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb.
Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.
AzVision.az
Teqlər: