Bakının bəzi yollarında tıxac var - SİYAHI

   Bakının bəzi yollarında tıxac var -    SİYAHI
  30 Noyabr 2023    Oxunub:1012
Hazırda Bakının 12 küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
AzVision.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən həmin yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

11. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti