Şahin Mustafayevin erməni həmkarı ilə görüşü başa çatdı - YENİLƏNİB

  Şahin Mustafayevin erməni həmkarı ilə görüşü başa çatdı -  YENİLƏNİB
  30 Noyabr 2023    Oxunub:2136
Baş nazirin müavini Şahin Mustafayevin Balacəfərli kəndində ermənilərlə 1 saat davam edən görüşü başa çatıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər.
***
Azərbaycanın Qazax rayonun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya və sərhəd təhlükəsizliyi üzrə dövlət komissiyalarının işi çərçivəsində görüş başlayıb.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanı Baş nazirinin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfindən də Baş nazirinin müavini Mher Qriqoryan iştirak edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti