Növbəti ildə Qarabağ Universitetinə 1000 tələbə qəbul olunacaq
"Bəzi binalar köhnədir, yeni infrastruktur da yarana bilər. Orada 30-40 nəfər akademik heyət daim yaşamalıdır. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə, Şuşa, Xankəndi və ya yaxınlıqdakı kompusda yaşayacaq".
Nazir qeyd edib ki, növbəti ildən Dövlət İmtahan Mərkəzinin ənənəvi qəbulla tələbələrinin qəbulu planlaşdırılır.
"SABAH qruplarının Qarabağ Universitetində təhsili planlaşdırılır. Eyni zamanda ali təhsil müəssisələri ilə ikili proqramları da planlaşdırırıq. Ola bilər ki, tələbə 2 il Bakıda, 2 il Xankəndidə təhsil almaq istəsin".
E.Ənrullayev qeyd edib ki, Universitetdə birinci mərhələdə 4 fakültənin olması planlaşdırılır.
"Növbəti mərhələlərdə ixtisas seçimin artırılması nəzərdə tutulur. Planlardan biri elmi-tədqiqat fəaliyyətinin Qarabağ Universitetində təşkil etməkdir".
Aytən Zəhra
AzVision.az
Teqlər: