"Son hadisələrdə müəllimlər bullinqə məruz qalır" - Nazir

   "Son hadisələrdə müəllimlər bullinqə məruz qalır" -    Nazir
  30 Noyabr 2023    Oxunub:979
Məktəb daxilində baş verən proseslərə görə Elm və Təhsil Nazirliyinə birbaşa müraciət etmək, qınamaq düzgün deyil. Təbii ki, biz də hər hansı məsələnin ört-basdır edilməsini istəmirik. Amma suallar aidiyyəti üzrə yönləndirilməlidir.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bəzən mətbuatda məsələ araşdırılmamış yekun qərar verilir: "Məsələni dəqiqləşdirilməsini və nəticəni gözləməyi tövsiyə edirəm. Ən azından etik prinsipləri qorumalıyıq, çünki bu, çox vacib məsələdir. Hadisə baş veribsə, mütləq araşdırılmalıdır və bunun üçün vaxt lazımdır. Həmin vaxt müddətində jurnalistlər peşəkar etik qaydalara əməl etsə yaxşı olar".

Nazir qeyd edib ki, hal hazırda müşahidə edilən vəziyyət müəllim və məktəb üçün müsbət nüfuz yaratmır. "Son hadisələrin araşdırılması göstərir ki, müəllimlər günahkar olmasa da bullinqə məruz qalır. Biz öz məsuliyyətimizi başa düşürük və hər şeyin ideal olmadığını bilirik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti