Emin Əmrullayev: "Qızılcaya yoluxma halı çoxalarsa, distant təhsilə keçilə bilər"
"Əksər məktəblərdə ciddi problem müşahidə etmirik. Sadəcə şayiə xarakterli rəqəmlər səsləndirilir. Valideynlər övladlarını mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdurmalıdır. Ən qısa zamanda xüsusilədə aşağı yaşlı şəxslər peyvənd olunmalıdır".
Nazir qeyd edib ki, hazırkı yoluxma vəziyyətinə görə, bu və ya digər müəssisədə qapanma getmək planlaşdırmırılmır:
"Regional idarələrdən gələn məlumatları toplayarıq, Səhiyyə Nazirliyi ilə işləyirik. Növbəti günlərdə təhlillər aparıldıqca təhlükəli vəziyyət olarsa sinfin, məktəbin müəyyən müddətlik distant təhsilə keçirilməsi qərarı verilə bilər. Bu o halda olacaq ki, mütəxəssislərin fikrincə vəziyyət uşaqların həyatı üçün təhlükə yarada bilər".
Aytən Zəhra
AzVision.az
Teqlər: