"Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim?"
"8 mart ərəfəsində mən valideynlərə müraciət etdim ki, müəllimə, pul, gül verməyin. Amma nə müşahidə etdik? Valideynlər gəlib hədiyyələr verdi. Bu davranış mədəniyyəti valideynlərdə hələ formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz.
Müəllimə qızıl verirlər, nazir olaraq mən valideynə necə təzyiq göstərim?
Müəllimə diqqət göstərmək ayıb deyil, açıqça, gül vermək olar. Amma qızıl vermək ayıbdır. Biz bunu qınaya bilərik".
Aytən Zəhra
AzVision.az
Teqlər: