"Bakcell"in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir
Sammitin məqsədi texnologiya sahəsində aparıcı liderləri, şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya toplamaq, regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir. Tədbirin ilk günü telekommunikasiya vertikalında "Bakcell"in Baş icraçı direktoru Klaus Müller öz bilik və təcrübəsini auditoriya ilə bölüşüb, iştirakçılarla faydalı fikir mübadiləsi aparıb.
“Telekommunikasiya sektorunda daim innovativ həllərlə fərqlənən bir şirkət kimi bu tədbirin “Sürət və Telekom partnyoru” olmaqdan qürur duyuruq. Ötən müddətdə ən müasir səs texnologiyası "VoLTE"ni, yenilənmiş "Bakcell" mobil tətbiqini abunəçilərin ixtiyarına verərək, telekommunikasiya sektorunda ciddi addımlar atmışıq. Uğurlarımızın nəticəsi olaraq 2023-cü ildə Ookla® şirkəti tərəfindən “Speedtest” mükafatına layiq görülərək “Azərbaycanın ən sürətli operatoru” adını almağa layiq görülmüşük. "Bakcell" olaraq qarşıdakı dövrdə ən qabaqcıl texnologiyaların ölkəyə gətirilməsində genişmiqyaslı fəaliyyətimizi daha da gücləndirəcəyik”, - deyə K.Müller bildirib.
Ölkənin dörd bir yanında “Ölkənin ən sürətlisi” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
AzVision.az
Teqlər: