Prezident Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib

 Prezident Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib
  01 Dekabr 2023    Oxunub:1599
Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşıladılar.

Əvvəlcə birgə foto çəkdirildi.

***
Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti keçirilir.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün tədbir yerinə gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti