Nərgiz Absalamova barədə həbs qərarı verildi

   Nərgiz Absalamova barədə həbs qərarı verildi
  01 Dekabr 2023    Oxunub:1073
“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, qaçaqmalçılıqda ittiham olunan N.Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalov eyni ittihamla həbs ediliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti