Gəncədə Nizami Gəncəviyə həsr olunmuş gecə keçirilib
“Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunmuş gecədə onun həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, Nizaminin sözlərinə bəstələnmiş romanslar yer alıb.
Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, ilk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
AzVision.az