Odlu silahlarını könüllü polisə təhvil verdilər

   Odlu silahlarını könüllü polisə təhvil verdilər
  03 Dekabr 2023    Oxunub:1077
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti