Son üç ildə 197 mina hadisəsi baş verib

   Son üç ildə 197 mina hadisəsi baş verib
  04 Dekabr 2023    Oxunub:1052
"2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib. Onlardan 56-sı keçmiş təmas xətti boyunda, 141-i isə keçmiş təmas xəttindən çox-çox uzaqlarda baş verib. Bu isə onu göstərir ki, bütün bu minalanma mülki əhaliyə qarşı yönəlib".
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O, həmçinin bildirib ki, indiyədək 390 min 709-dan artıq piyada və tank əleyhinə partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti