Naxçıvanda növbəti SAT imtahanı uğurla həyata keçirilib

Naxçıvanda növbəti SAT imtahanı uğurla həyata keçirilib
  04 Dekabr 2023    Oxunub:856
Naxçıvan Dövlət Universitetində Naxçıvan regional SAT Qeydiyyat və İmtahan mərkəzində ikinci imtahan uğurla başa çatıb.
Nəzərinizə çatdıraq ki, ümumilikdə 24 nəfərin iştirak imtahana muxtar respublikada təhsil alan şagirdlərlə yanaşı Azərbaycanın müxtəlif bölgələrindən olan şagirdlər də qatılıb. 2 hissədən ibarət olan imtahanın birinci hissəsi oxu və yazı bacarıqları, ikinci hissədə isə riyazi bacarıqlar qiymətləndirilib.

İmtahan mərkəzinin əməkdaşlarından ibarət heyətin nəzarəti, texniki dəstək və şəffaflıq şəraitində keçirilən imtahan prosesindən şagirdlər öz razılıqlarını bildiriblər.

Xatırladaq ki, Naxçıvan Dövlət Universiteti SAT imtahan və qeydiyyat mərkəzi 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq qeydiyyata alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti