Azərbaycanda inflyasiya tempi azalıb – Əli Əsədov |
"Büdcə təşkilatlarında nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük sahəsində vergi yükünün azaldılması, vergi nəzarəti və kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi, eləcə də həm büdcə gəlirlərinin toplanması, həm də xərclənməsi istiqamətində hər bir vəsaitə qənaətlə yanaşılması, gəlir və xərclərin ahəngdarlığı təmin ediləcək. Ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması və Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması təmin olunacaq. Büdcə xərclərinin effektivliyinin qiymətləndirilməsi, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı islahatlar davam etdiriləcək. Ortamüddətli dövrdə makro-fiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur. Bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir.
Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcək. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcək".
AzVision.az