ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - Yenilənib

   ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır -  Yenilənib
  05 Dekabr 2023    Oxunub:1015
Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə AzVision.az -a agentlikdən bildirilib.

Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir.

AzVision.az


Teqlər:





Xəbər lenti