Məişət zorakılığı ilə bağlı hüquqi baza yaradılacaq

Məişət zorakılığı ilə bağlı hüquqi baza yaradılacaq
  06 Dekabr 2023    Oxunub:854
"Məişət zorakılığı ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlili aparılıb, aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketi hazırlanıb".
AzVision.az xəbər verir ki bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Mülki məcəllələri, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar da daxil olmaqla 10 normativ hüquqi akta ümumilikdə 48 dəyişiklik təklif olunub".

AzVision.az


Teqlər:





Xəbər lenti