"100 uşaq məişət zorakılığına məruz qalıb"

   "100 uşaq məişət zorakılığına məruz qalıb"
  06 Dekabr 2023    Oxunub:1066
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsi”ndə ötən dövrdə 154 zorakılığa məruz qalan şəxsə xidmət göstərilib. Onların 100-ü uşaqlardır".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, məişət zorakılığından ən çox ailədaxili münaqişələrdən əziyyət çəkən şəxslərdir.

Nazir bildirib ki, azyaşlı qızların təhsildən kənarlaşdırılması ən böyük riskimizdir. Təhsil bu sahədə ən güclü silah olmalıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti