"Əgər əvəllər Yevlaxa gəlsəydilər, antiterrora ehtiyac qalmazdı"
Dövlətimizin başçısı bildirib ki, indi Qarabağda elektron portal fəaliyyət göstərir. Artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Bəziləri qalmaq istəyirlər, orada yaşayırlar.
“Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar (erməni sakinlər – red.) ərzaqla təmin olunmalıdır, istilik təmin edilməlidir və yaşayış üçün digər şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, - deyə dövlətimizin başçısı əlavə edib.
AzVision.az
Teqlər: