"Məişət zorakılığı ilə bağlı ayrıca fənnin tədrisi doğru deyil" - Nazir
"Biz başa düşməliyik ki, bu mexaniki proses deyil, insan dəyərlərindən irəli gələn davranışdır. Koronavirus dövründə şagirdlər evdə qalan zaman onlara qarşı şiddət və zorakılıq faktlarını təsbit etmişik. Bu barədə müvafiq qurumlara məlumat vermişik və əməkdaşlığımız davam edir".
Nazir qeys edib ki, məişət zorakılığı, qadınlara qarşı zorakılıqla mübarizə bir qurumun, təşkilatın işi deyil. Burada ciddi koordinasiya olmalıdır:
"O təhsil sistemləri güclüdür ki, cəmiyyətdə qadının rolu yüksəkdir, analar ali təhsillidir. Bu gün azyaşlı qızların təhsildə olması, hüquqlarını bilməsi, gələcəkdə güclü qadın kimi yetişməsi Azərbaycan cəmiyyətinə töhfə verən amillərdəndir".
Aytən Zəhra
AzVision.az
Teqlər: