"Ailə zəminində törədilən cinayətlərdə mənfi artım dinamikası var"

   "Ailə zəminində törədilən cinayətlərdə mənfi artım dinamikası var"
  06 Dekabr 2023    Oxunub:876
Cari ilin 9 ayında qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayında ailə-məişət münaqişəsi zəminində qadınlara qarşı 1296 cinayət hadisəsi törədilib. Ailə zəminində törədilən cinayətlərdə isə zərərçəkmişlərdən 1062-si qadınlar, 344-ü kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub. O qeyd edib ki, bu istiqamətdə mənfi artım dinamikası var.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti