Məișət zorakılığı ilə bağlı cinayət törədənlərin statistikası

   Məișət zorakılığı ilə bağlı cinayət törədənlərin    statistikası
  06 Dekabr 2023    Oxunub:814
"Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020- 2023-cü illər üçün Milli Fəaliyyət Planı" əsasında aparılan ümumiləşdirmə zamanı məișət zorakılığı ilə bağlı cinayətlərin törədilməsində təqsirləndirilən șəxslərin yașı, təhsili, məsğuliyyəti ilə bağlı müəyyən göstəricilər də əldə edilib. Ümumiləşdirilmənin nəticələrinə görə 622 təqsirləndirilən şəxsdən 421 nəfəri(67,7 faizi) 25-45 yașında olan, yəni əmək potensiallı insanlardır".
AzVision.az xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin əksəriyyəti 352 nəfəri (56,6 faizi) ümumiyyətlə, işləməyən şəxslərdir.

"Təqsirləndirilən şəxslərdən 239 nəfəri (38,43 faizi) fərdi qaydada işlərə cəlb olunan şəxslərdir. Yalnız təqsirləndirilənlərdən 31 nəfəri (4,9 faizi) rəsmən iş yerləri olan şəxslərdir. Məișət zorakılığı ilə bağlı olan cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin yalnız 27 nəfəri (4,34 faizi) aill təhsilli şəxslərdir. Təqsirləndirilənlərin 94.53 faizi isə orta təhsilli, 2 nəfəri (0,32 faizi) natamam orta təhsillidirlər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti