"Ermənistan çox şey itirir"
Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın Naxçıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəldiyini söyləyən Prezident İlham Əliyev deyib ki, Ağbənd kəndində avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib: "Sonra dəmir yolu nəqliyyatı üçün körpü olacaq. Yəni, burada Ermənistan çox şey itirir. Bu, nəinki Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”.
AzVision.az
Teqlər: