İntihar halları niyə çox zaman qapalı qalır?
"İntihar halları əsasən ailə daxilində baş verdiyi üçün belə hadisələr çox zaman qapalı qalır. Yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər. Ona görə belə halların açılması ya natamam qalır və ya açılmır. Bu istiqamətdə hüquq- mühafizə orqanları ciddi problemlərlə qarşılaşır".
R.Süleymanov qeyd edib ki, bu, cinayətlərin baş vermə səbəbini araşdıranda onların əsasən erkən və qanunsuz nikahlardan qaynaqlandığı məlum olur.
"Digər cinayətlər var ki, biz zərərçəkmiş şəxslər barədə xəstəxanalardan məlumat alırıq. Sanki bu haqda məlumat verməkdə "ictimai qınaq" var. Zərərçəkmiş şəxs sonradan həqiqi olmayan məlumatlar verir və ya barışıq ərizələri təqdim edirlər.
Ən problem hal odur ki, zərərçəkmiş şəxs məhkəmədə istintaqa verdiyi məlumatdan fərqli məlumat təqdim edir. Nəticədə cinayət bağlı qalır".
Aytən Zəhra
AzVision.az
Teqlər: