Lənkəranda 60 yaşlı qadın uşaq doğdu
Bildirilib ki, Lənkəran rayon Bürcəli kənd sakini 18.06.1963-cü il təvəllüdlü Səfərova Ayaxanım İltifat qızı hamiləliyin 37-ci həftəsində 05.12.2023-cü il tarixində qeysəriyyə yolu ilə çəkisi 3100 qr, boyu 49 sm olan qız uşağı dünyaya gətirib. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.
Əməliyyatı mərkəzin mama-ginekoloqu Fərqanə Mustafayeva icra edib. Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: